Müqəddəs Məscidlərdə şəkil və video çəkmək yasaqlandı  

11:20 09.12.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı 2026-cı il Həcc mövsümü ərəfəsində Kəbədə və Peyğəmbər məscidində şəkil və video çəkilişini tamamilə qadağan etməklə mübahisəli qərar verib.

Hafta.az-ın yazdığına görə, administrasiya bu addımın həm şəxsi həyatın qorunması, həm də ibadətin mənəvi atmosferini yaxşılaşdırmaq məqsədi daşıdığını açıqlayıb. Yeni qaydanı pozanların cihazlarının müsadirə ediləcəyi və onlara qarşı qanuni tədbirlər görüləcəyi bildirilib.

Bu qərar zəvvarların şəxsi həyatının qorunmasını və namaz əsnasında mənəvi dincliyin təmin edilməsini hədəfləyir. Administrasiya bu addımın müqəddəs yerlərin ləyaqətini qorumaq və namazların dinc şəkildə qılınmasına imkan yaratmaq məqsədi daşıdığını bildirib.